Modern.az

Dərmanından zəhərlənən qadın xəstəxanada öldü

Dərmanından zəhərlənən qadın xəstəxanada öldü

Aktual

4 İyun 2020, 13:00

Bakıda qadın dərmandan zəhərlənib ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

 

Tovuz rayonunda qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan, 1953-cü il təvəllüdlü Vəliyeva Füruzə Musa qızı mayın 25-də yaşadığı evdə "Dumble" adlı bitki dərmanı qəbul edib. Dərmandan zəhərlənən qadın 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Ağ ciyər xəstəliyi və şəkərli diabetdən əziyyət çəkən qadın iyunun 3-də xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!