Modern.az

Azərbaycanda daha bir alim bədnam xəstəlikdən ÖLDÜ

Azərbaycanda daha bir alim bədnam xəstəlikdən ÖLDÜ

20 İyun 2020, 17:53

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli 55 yaşında vəfat edib.

Modern.az-ın məlumatına görə, bu haqda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli xəbər verib.

“Professor Hüseyn Həşimlinin bədnam xəstəlikdən qəfil ölümü haqqında xəbəri eşitmək mənim üçün çox gözlənilməz və ağır oldu.
Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən mükəmməl ədəbiyyatşünas alim, bütöv və parlaq şəxsiyyət idi. Ali məktəbə qəbul olduğu ilk gündən ta bu günə qədərki işıqlı və zəhmətkeş həyatı ilə o, ölkəmizin dövlətçilik ideallarına və böyük ədəbiyyatşünaslıq andına sədaqətlə xidmət etmişdir. Hüseyn Həşimlinin ədəbiyyat nəzəriyyəsinə və ədəbiyyat tarixinə dair çap etdirdiyi əsərlər fundamental elmi tədqiqatlardır. O, ədəbiyyatın, elmin və ictimai fikrin mövcud vəziyyətini dərindən dərk edən, sabahını da aydın şəkildə görə bilən və qiymətləndirən mükəmməl bir Azərbaycan ziyalısı idi. Onun timsalında mükəmməl alim olmaqla bənzərsiz müəllim olmaq bir-birini tamamlayırdı. Biz Hüseyn Həşimlinin simasında görkəmli bir elm adamını, böyük bir müəllimi və etibarlı bir dostu itirdik”,- İsa Həbibbəyli bildirib.

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır