Modern.az

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmadı

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarında COVID-19 aşkarlanmadı

Aktual

12 İyul 2020, 12:59

Gürcüstandan təxliyə olunacaq Azərbaycan vətəndaşlarından götürülən test nümunələrinin nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, təxliyə olunacaq 200 nəfərin heç birində koronavirus aşkarlanmayıb.

 

Vətəndaşlarımız iyulun 13-də saat 10:00-da Azərbaycanın Tbilisidəki səfirliyinin qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı