22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
6 Avqust 2020, 14:29 | MEDİA
İqor Volnitski: “Bizim mətbuatın 80%-i kimdənsə asılıdır” - Moldovalı jurnalistin Modern.az-a MÜSAHİBƏSİ

Moldovalı jurnalist, tribuna.md, currentul.md, oficial.md və provincal.md onlayn nəşrlərinin baş redaktoru və Global Journalism Council-ın Moldovadakı nümayəndəsi İqor Volnitski Modern.az-a müsahibə verib. Müsahibədə baş redaktor Moldova jurnalistikasındakı hazırkı vəziyyət, həmçinin, dünya jurnalistikasında yaranmış yeni trendlərlə bağlı fikirlərini bölüşüb.

 

Xatırladaq ki, Modern.az saytı Global Journalism Council-ın müxtəlif ölkələrdəki təmsilçiləri ilə silsilə müsahibələr alır. İlk müsahibə GJC-ın İran təmsilçisindən alınmışdı.

 

-Fikrinizcə, son illərin jurnalistikası 1990-cı və 2000-ci illərin jurnalistikasından nə ilə fərqlənir? Hansı dəyişikliklər hiss olunur?


- Bir tərəfdən indi jurnalistika ilə məşğul olmaq 20-25 il əvvəlkindən daha asandır.  Bu ilk növbədə internetin inkişafı ilə əlaqədardır. Çünki internet araşdırmaaparmaq üçün jurnalistdən daha az səy tələb edir.  Adicə, dövlət məmurlarının, siyasətçilərin əmlakını və ya hərəkətlərini asanlıqla izləyə biləcəyiniz açıq məlumatlar bazasını götürək. İnternet jurnalistlərə senzuradan və bütün təzyiq cəhdlərindən daha asan yayınmaq və daha çox azadlıq imkanı verir. Digər tərəfdən, 20-25 il əvvəlki dövrlə müqayisədə indi daha çox rəqabət var və ayaqda qalmaq, inkişaf etmək üçün daha çox səy göstərmək lazımdır. 

 

-Moldova jurnalistikasında hansı inkişaf prespektivlərini  və problemləri görürüsünüz ?


-Gəlin problemdən başlayaq. Moldova mətbuatının təxminən 80% -i kimdənsə asılıdır. Bəziləri siyasətçilərdən, bəziləri biznes sahiblərindən, bəziləri xarici sponsorların qrantlarından asılıdır. Təəssüf ki, belə şəraitdə sözün əsl mənasında mətbuatdan danışmaq mümkün olmur.  Buna görə mətbuat dördüncü hakimiyyət kimi özünü göstərə bilməz. Qarşılıqlı hücumlar, qarşılıqlı ittihamlar, kim kimə xidmət edir, kim kimdən asılıdır və s. mətbuatı zəhərləyir. Birincisi, belə şəraitdə yerdə qalan 20% mətbuat üçün böyümə və inkişaf üçün yer var. İkincisi heç kimdən asılı olmayacaq və Moldovanın ehtiyacı olan yeni medianın yaranması üçün real perspektivlər var.

 

- Jurnalistlərin bir araya gəlməsində Global Journalism Council kimi regional və qlobal platformalarının rolunu necə qiymətləndirirsiniz?


- Regional və beynəlxalq jurnalist təşkilatları jurnalistlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına yalnız müsbət təsir göstərə bilər. Bu təcrübə mübadiləsi aparmağa və eyni zamanda jurnalistlərə hüquq və peşə maraqlarını təbliğ etməkdə daha həmrəy olmağa imkan verir.

 

- Müasir jurnalistikanın qarşısında hansı çətinliklər var?


- Əvvəla, müasir jurnalistika son üç onillikdə baş verən bütün dəyişiklikləri nəzərə almalıdır. Prinsiplər eyni olsa da, iş metodu istəsək də, istəməsək də dəyişməlidir. İnkişaf etmiş informasiya texnologiyaları əsrində qəzetin mətbəədə qalay hərflərindən hissə-hissə  yığıldığı günlərdəki kimi işləmək olmaz! Ənənəvi çap mediası böyük hesabla onlayn mediaya qarşı müharibədə uduzdu. Bu müharibədə yavaş-yavaş, lakin şübhəsiz  TV və radio stansiyaları da uduzur.  Ancaq bu, internet nəşrlərinin hər şeyi qazandığını və gələcəyin onlara aid olduğunu ifadə etmir. Sosial şəbəkələr, teleqram kanalları və s. onlar üçün böyük təhlükədir. Yalnız bir çıxış yolu var - müasir jurnalistika öz prinsiplərini dəyişdirməməli, yeni reallıqları nəzərə alaraq daim təkmilləşdirilməlidirr, bu onun borcudur.

 

-Bu günün jurnalisti necə olmalı və ya hansı kefiyyətlərə sahib olmalıdır?


-
Şəxsi müşahidələrim əsasında deyə bilərəm ki, iki növ jurnalist var: pul üçün işləyən və aldığı əmək haqqının miqdarından asılı olmayaraq işindən zövq alanlar. Bunu fərq etmədən ikinci kateqoriyadan olan jurnalistlər müəyyən bir imic əldə edirlər, yəni müəyyən bir anda yalnız işəgötürənləri üçün deyil, həm də özləri üçün çalışırlar, ən bahalı kapital - imic qazanırlar. Onların adı bir marka olur. Sonradan adı, markası jurnalistlərin özləri üçün işləməyə başlayır. Jurnalistlər bu gün başa düşməlidirlər ki, öz adları ilə, prinsiplərlə ticarət edə bilməzlər. Jurnalistika ilə ürəyin hökmü ilə məşğul olmaq lazımdır.  Və həmişə xatırlamaq lazımdır ki, sən etibarlı məlumat almalı olan vətəndaşa xidmət edirsən.   Yalnız peşəkarlığına və yaxşı adına sərmayə qoymaqla, jurnalist adının marka olacağına və bunun ona çalışacağı vaxtın gələcəyinə ümid edə bilər.

 

Modern.az müsahibənin rusca versiyasını da oxuculara təqdim edir. 


Молдавский журналист, главный редактор интернет-изданий tribuna.md, currentul.md, oficial.md и provincal.md Игорь Волницки рассказал о современном состоянии журналистики в Молдавии и в мире в целом.

Журнал Global Journalism Council представляет интервью:

 

- Как думаете, какие изменения в журналистике ощущаются в последние годы, чем они отличаются от журналистики, скажем 90-х и нулевых годов?          

- С одной стороны, сейчас журналистикой заниматься  стало легче, чем 20 или 25 лет назад. Это связано, в первую очередь, с развитием интернета, который предоставил массу возможностей провести журналистские расследования с наименьшими усилиями, чем раньше. Взять хотя бы те же открытые базы данных, где легко можно отследить имущество или передвижения госслужащих, политиков и др. Не говоря о том, что интернет предоставляет журналистам намного больше свободы и возможностей уйти от любых проявлений цензуры и отражать лучше все попытки давления. С другой стороны, сейчас конкуренция намного больше, чем 20-25 лет назад, и приходится прикладывать намного больше усилий не только, чтобы выжить, но и постоянно развиваться.

 

- Какие перспективы развития и какие проблемы видятся вам в молдавской журналистике? 

- Начнём с проблем. Порядка 80% процентов молдавской прессы зависит от кого-то. Кто-то от политиков, кто-то от своих хозяев бизнесменов, а кто-то - от грантов зарубежных спонсоров. К сожалению, в таких условиях говорить о прессе в настоящем смысле этого слова не приходится. Да и пресса не может проявить себя по-настоящему, как четвёртая власть в государстве. Взаимные нападки, взаимные обвинения, кто кому служит, кто от кого зависит и др. А теперь про перспективы. Во-первых, в таких условиях есть, где расти и развиваться остальным 20% прессы. Во-вторых, появляются реальные перспективы для появления новых СМИ, которые бы ни от кого не зависели, и в которых так нуждается Молдова.

 

- Как Вы оцениваете региональные и мировые платформы вроде Global Journalism Council в деле объединения журналистов?

- Региональные и международные журналистские организации могут оказать только благотворное влияние на развитие связей сотрудничества между журналистами. Это делает возможным обмен опытом, а также позволяет журналистам быть более солидарными в продвижении своих прав и профессиональных интересов.

 

- Какие задачи стоят перед современной журналистикой?

- В первую очередь, современная журналистика должна принять во внимание все те изменения, которые произошли за последние почти три десятилетия. Принципы должны остаться те же, но методы работы, хотим мы того или нет, должны меняться. Ну нельзя в веке передовых информационных технологий работать, как во времена, когда газета собиралась в типографии по кусочкам из оловяных букв! Традиционные печатные издания уже, по большому счёту, проиграли войну с интернет-изданиями. Проигрывают эту войну, медленно, но верно, и теле-радиостанции. Но это ещё не означает, что интернет-издания выйграли всё и будущее за ними. Серьёзная угроза для них соцсети, телеграм-каналы и др. Вывод один - современная журналистика не должна менять свои принципы, но должна постоянно совершенствоваться, учитывая новые реалии, просто обязана.

 

- Каким должен быть и какими качествами должен обладать журналист в наши дни?

- Из моих личных наблюдений, есть два типа журналистов: которые работают ради денег, и которые работают из удовольствия, и получают они его независимо от размера зарплаты. Сами того не сознавая, журналисты из второй категории приобретают определённый имидж, то есть они в определеный момент начинают работать не только на своего работодателя, но и на себя, зарабатывая самый дорогой капитал - имидж. Их имя становится брэндом. И в последствии, их имя, их брэнд начинает работать на самих журналсистов. Очень важно, чтобы в наши дни все журналисты поняли, что именем своим нельзя торговать, как нельзя торговать и принципами. Журналистикой надо заниматься по велению сердца, по призванию, всегда помня о том, что ты находишься на службе граждан, которые должны получить только достоверную информацию. Только инвестировав в свой профессионализм и в своё доброе имя, журналист сможет надеяться, что придёт время, когда его имя станет брендом и будет работать на него.

 

 

 

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda mətbuat katibi koronavirusa YOLUXDU 22 Sentyabr 2020, 16:17 Mehriban Əliyeva Şağan qəsəbəsindəki bağçanın açılışında iştirak edib 22 Sentyabr 2020, 16:11 Ermənistanın da aldığı Su-30 qırıcısı QƏZAYA UĞRADI 22 Sentyabr 2020, 16:06 Dilbilməz-1 22 Sentyabr 2020, 16:02 Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında... 22 Sentyabr 2020, 15:52 İqtisadiyyat Nazirliyində yeni TƏYİNAT 22 Sentyabr 2020, 15:47 Toponimiya komissiyası Saqian kəndinin Günəşli adlandırılmasını BƏYƏNDİ 22 Sentyabr 2020, 15:46 “Torqovı”da geyim mağazasında YANĞIN 22 Sentyabr 2020, 15:41 Psixiatriya Xəstəxanasının xəstələri digər poliklinikalara köçürülür - SƏBƏB 22 Sentyabr 2020, 15:36 Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 ölüm 22 Sentyabr 2020, 15:30 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18