Modern.az

Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR

Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR

Dünya

10 Avqust 2020, 09:14

Belarusda prezident seçkilərindən sonra gərginlik yaranıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident Aleksandr Lukaşenkonun "ekzit-pol"da 79,7% səs toplaması etirazlara səbəb olub. Minsk və bölgə şəhərlərində xalq etirazları başlayıb.

Belarus Mərkəzi Seçki Komissiyası Bakı vaxtı ilə saat 10:00-da prezident seçkilərinin ilkin nəticələrini açıqlayacağını bildirib. Seçkilərdə seçici fəallığının 84,05% təşkil etdiyi bildirilir.

 

Minskin mərkəzində ötən gecədən etirazçılar və OMON-çular arasında toqquşmalar qeydə alınıb. Minskin Nemiqa stansiyasından Xlusotv körpüsünə gedən yol insanlarla doludur. Etirazçılar “Milis xalqladır”, “Yaşa, Belarus”, “Dəbilqələri atın” və s. şüarlar səsləndirir. Onların Prezident administrasiyasına hərəkətinin qarşısını xüsusi polis dəstələri kəsib.

Son məlumatlarta görə, aksiyalarda azı 120 nəfər saxlanılıb. Onların sayının daha çox olduğu əlavə olunur. Polis və OMON-çular əraziyə xüsusi texnika cəlb edib.

 

Müxalifətin əsas namizədi Svetlana Tixanovskaya isə tərəfdarlarını polisin onları həbs etməsinə bəhanə verməyəyə və aksiyanı dinc keçirməyə çağırış edib.  

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü