Modern.az

Messi bu komandada məşqlərə başladı

Messi bu komandada məşqlərə başladı

Aktual

8 Sentyabr 2020, 08:59

Argentinalı hücumçu Lionel Messi İspaniya “Barselona”sının yeni baş məşqçisi Ronald Kumanın rəhbərliyi altında keçən məşq prosesində iştirak edib.

 

Modern.az xəbər verir ki, ulduz futbolçunun fotosu klubun rəsmi tvitter səhifəsində yerləşdirib.  

 

Qeyd edək ki, Messi 2004-cü ildən “Barselona”da çıxış edir, 731 matçda 634 qol vurub. Kataloniya klubunun tərkibində o, 34 turnirdə qalib gəlib, altı dəfə “Qızıl top”a sahib olub.

 

Messi bir müddət əvvəl “Barselona”dan ayrılmaq qərarına gəlsə də, daha sonra bu fikrindən daşınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -