Modern.az

Ermənilər müzakirələrdən qaçdılar

Ermənilər müzakirələrdən qaçdılar

14 Sentyabr 2020, 12:30

“Dağlıq Qarabağda qanunsuz məskunlaşma ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək qərarına gəldik. Belə müraciətlər AŞPA Prezidentinə və Baş katibinə ünvanlandı”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında sədr Səməd Seyidov deyib.

Deputat bildirib ki, AŞPA-nın komitələrində ermənilər məsələ ilə bağlı müzakirələrdən qaçıblar:

“Çünki bu, beynəlxalq cinayətdir. Ermənistan və Paşinyan dünyaya yalan danışaraq, Dağlıq Qarabağda qanunsuz köçürməni həyata keçirmədiyini deyir, bunu qondarma rejimin üzərinə atmağa çalışır. O rejim bunu həyata keçirmək imkanında deyil. Ermənilər xislətlərini dünyaya nümayiş etdirirlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər