Arxiv
14 Sentyabr 2020, 13:58 | PARLAMENT
Milli Məclisin komitə iclası keçirilib

“Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir etdi”.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın ilk rəsmi səfərinin başa çatdığını bildirdi.

 

Vurğuladı ki, xanım Spiker Azərbaycanda mövcud olan ənənəyə əsasən, ilk rəsmi səfərinə Türkiyədən başlayıb. Sahibə Qafarovanın qardaş ölkənin Prezidenti R.T.Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla, nazirlərlə və bir sıra digər rəsmilərlə görüşləri göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək müstəvidədir. Sonra iclasda gündəlik barədə məlumat verən Səməd Seyidov öncə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim etdi. Bildirdi ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 22 məsələyə baxılıb, onlardan 20-si Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Həmin məsələlər arasında qardaş Türkiyə ilə, Bolqarıstan, İtaliya, Türkmənistan və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən sazişləri xüsusi qeyd etmək olar.

 

 Səməd Seyidov qeyd etdi ki, sessiyalar dövründə komitə üzvləri parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük fəallıqla çalışıblar. Baş verən ictimai-siyasi proseslərlə, iyul ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatla əlaqədar həm ölkə mətbuatında, həm xarici mətbuatda hadisələrin mahiyyətini açıb göstərən məqalələrlə çıxış ediblər. Sosial şəbəkələrdə mühüm məlumatlar yerləşdiriblər; beynəlxalq təşkilatlarla, xarici ölkələrin parlamentarları ilə zəruri yazışmalar apararaq Tovuz rayonundakı sərhəddə ermənilərin təxribatçı hücumlarının əsl mahiyyətini açıqlayıblar. Təsadüfi deyil ki, yaz və növbədənkənar sessiyalar dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə 2 min 429 müraciət daxil olub və bunların hamısı cavablandırılıb. Pandemiya şəraitinə baxmayaraq komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, görüşlər keçiriblər. COVİD-19-la əlaqədar yaranmış vəziyyətdə yerlərə səfər edərək daim seçicilərin yanında olub, maarifləndirmə işləri aparıb, lazımi köməklik göstəriblər. Məlumat dinlənildikdən sonra deputatlar hesabatı məqbul saydılar və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planını təsdiqlədilər. Sonra komitə sədri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsini şərh etdi. Deputatlar bu qanun layihəsini də plenar iclasa tövsiyə etdilər. Komitənin iclasında cari məsələlərə baxıldı.

 

Aparılan fikir mübadiləsində komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Elman Nəsirov, Kamran Bayramov, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Sevil Mikayılova, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Ramil Həsən, Ramin Məmmədov, Sahib Alıyev beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla daha sıx əlaqələrin yaradılması, Ermənistanın işğalçılıq niyyətlərinin və əməllərinin beynəlxalq miqyasda ifşa olunması, Livan ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsnin və məskunlaşmasının qarşısının alınması və s. aktual məsələlərə dair rəy və təkliflərini bildirdilər. İclasın gündəliyində baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00