Modern.az

Şəhid komandirin xanımı oğlunu belə təbrik etdi: “Sənin yaşıdların Şəhid olur”

Şəhid komandirin xanımı oğlunu belə təbrik etdi: “Sənin yaşıdların Şəhid olur”

Aktual

22 Sentyabr 2020, 09:08

Bu gün şəhid komandir Raquf Orucovun böyük oğlu Aqşinin 20 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri  Sevinc Orucova bu münasibətlə yazdığı təbriki sosial şəbəkədə paylaşıb:

“20 il əvvəl sən doğulanda biz, atanla sənə xoşbəxt, müharibəsiz, qansız, acısız bir gələcək bəxş edəcəyimizə söz vermişdik. Lakin düşünməmişdik ki, sən bir hərbçi ailəsinin övladısan. Sənin uşaqlığın, təhsilin, əyləncən adi uşaqlarınkından xeyli ferqlənəcəkdi. Sənin körpəliyin Murov dağ ətəyində, uşaqlığın Haramı düzündə, yeniyetməliyin doğma yurdumuz Ağdamın cəbhə kəndində, gəncliyin isə Sumqayıt Şəhidlər Xiyabanına yol qət etməklə keçdi. Bu həyat yolu bir hərbçi övladının alın yazısıdır məncə. Amma biz bütün məhrumiyyətlərə, çətin həyat şəraitinə qatlanmağa sevə-sevə hazır idik, təki Atamız sağ olsun, deyirdik. Lakin təəssüf ki, sənin Atanın yurdunun talanması, doğmalarının şəhid edilməsi ilə başlanan bu qanlı müharibə tək sevincini-Atanı da bizlərdən aldı. Sən 20 yaşındasan artiq, amma müharibə hələ də davam edir, sənin həmyaşıdların Şəhid olur. 4 ildir Raqufsuz qeyd edirik doğum günlərini, adi günlər kimi. Sənə xoşbəxt gələcəyi bəxş edə bilməsək də, həsrətlə yüklənsən də, 20 yaşında yalnız bir arzumu çatdırmaq istəyirəm: Biz ailə olaraq, Vətənimiz Azərbaycanın bütövlüyü, müdafiəsi üçün həyatımızdan, xoşbəxtliyimizdən vaz keçdik, əqidəmiz, ideallarımız həmişə saf qaldı. Sənə isə ən dəyərli sərvətimiz olan-Raqufun oğlu olmaq səadətini uca Allahım bəxş etdi. Sən Atan Raqufun əmanətisən, Atan kimi doğrularından, əqidəndən heç vaxt dönmə, Vətənimizə, elimizə layiqli vətən oğlu ol! O gün olsun bu müharibəni qalibiyyətlə bitirək və Şəhidlər Xiyabanına Atamızın hüzuruna başıdik gedək! 20 YAŞIN MÜBARƏK, AQŞİN!".

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub