Arxiv
26 Sentyabr 2020, 20:46 | AKTUAL
Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - VİDEO

Bu gün  IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri Qızılağac Milli Parkının yaradılmasının ildönümünə həsr olunmuş Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə çəkikimi balıqların buraxılması mərasimində iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, birgə həyata keçirilən “Zəngin hövzələr” layihəsi çərçivəsində çəki, ağ amur və qalınalın balıq körpələri Kiçik Qızılağac körfəzinə buraxılıb.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.


Qeyd edək ki, 26 sentyabr 2018-ci il tarixində yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab edilir.

Qızılağac Milli Parkının zəngin biomüxtəlifliyini nəzərə alaraq, 2019-cu ilin nöyabr ayında IDEA İctimai Birliyinin təşəbbüsü ilə sözügedən milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib.

Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.  

Ümid yerlərinin elan edilməsi okeanların mühafizəsi üzrə qlobal ictimai dəstəyə nail olunması və getdikcə daha geniş su ərazilərinin mühafizə altına alınması məqsədini daşıyır.

Qızılağac Milli Parkına aid su ərazisi Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisidir ki, onun mühafizəsi dünyanın ən çox nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

İDEA İctimai Birliyi və ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etməyə, məsuliyyətli balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə çağırır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Düşmənin Qubadlıda atıb qaçdığı hərbi texnika və silah-sursatın görüntüləri yayıldı 28 Oktyabr 2020, 10:25 Rusiya Tu-154 təyyarəsi ilə vidalaşır - Sonuncu reys 28 Oktyabr 2020, 10:23 Lev Tolstoyun qızı erməni vəhşilikləri HAQQINDA 28 Oktyabr 2020, 10:12 ABŞ-da 70 milyon seçici vaxtından əvvəl səs verib 28 Oktyabr 2020, 10:06 Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib 28 Oktyabr 2020, 10:00 Ermənistan atəşkəs rejimini pozmaqda davam edir 28 Oktyabr 2020, 09:54 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO 28 Oktyabr 2020, 09:48 “Cəbhədən həyat yoldaşını gözləyən gəlin statusu hər xanıma qismət olmur, biz buna görə xoşbəxtik” - MÜSAHİBƏ 28 Oktyabr 2020, 09:42 Aytəkin Alxaslı: “Könlümdən İlham Əliyevdən müsahibə almaq keçir” 28 Oktyabr 2020, 09:36 İran parlamentinin spikeri koronavirusa yoluxub 28 Oktyabr 2020, 09:30 Ceyhun Bayramov Çavuşoğlu ilə telefonda danışdı 28 Oktyabr 2020, 09:24 Dolların bu günə olan məzənnəsi 28 Oktyabr 2020, 09:18 Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı - VİDEO 28 Oktyabr 2020, 09:12 Neft yenidən ucuzlaşdı 28 Oktyabr 2020, 09:06 Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 Cəbhədə raket və minalar aşkarlandı - FOTOLAR 28 Oktyabr 2020, 07:20 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10