Modern.az

ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi

ABŞ-ın yeni prezidenti müsəlmanlarla bağlı qadağanı ləğv etdi

Dünya

21 Yanvar 2021, 03:46

ABŞ-ın yeni prezidenti Cozef Bayden ölkənin iqlim üzrə Paris müqaviləsinə geri qayıtması ilə bağlı fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısının digər fərmanına əsasən ABŞ, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yenidən üzv olacaq.

 

Bundan başqa, Orta Şərq ölkələri vətəndaşlarının (müsəlman miqrantların) ABŞ-a girişinə qoyulan məhdudiyyətlər də ləğv edilib.

 

Co Bayden Meksika ilə sərhəddə inşa edilən mühafizə divarının tikintisini dayandıran fərman da imzalayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi