Modern.az

Bayden Trampın bu qərarını ləğv etmədi

Bayden Trampın bu qərarını ləğv etmədi

26 Yanvar 2021, 00:49

Birləşmiş Ştatların hazırkı prezidenti Co Bayden yeni növ koronavirus (COVİD-19) infeksiyasına görə bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişi ilə bağlı tətbiq edilən məhdudiyyətin vaxtını uzadıb.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

 

Baydenin imzaladığı fərmana əsasən, giriş qadağası Böyük Britaniya, İrlandiya, Braziliya, CAR və Şengen zonasının vətəndaşlarına şamil olunur.

 

Bundan əlavə, yanvarın 26-dan etibarən ABŞ-a səfər edən şəxslər koronavirus testinin mənfi olması ilə bağlı cavabı ölkəsindəki mövcud olan hava limanın əməkdaşlarına təqdim etməlidirlər.

 

Qeyd edək ki, sözügedən məhdudiyyətlərlə bağlı qərarı keçmiş prezident Donald Tramp imzalamışdı.

Onu da əlavə edək ki, Co Bayden yanvarın 20-də prezident səlahiyyətlərinə başlayan kimi Trampın imzaladğı bir sıra qərarları ləğv edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir