Modern.az

İtkin düşən 19 yaşlı əsgərin şəhid xəbəri gəldi - FOTO  

İtkin düşən 19 yaşlı əsgərin şəhid xəbəri gəldi - FOTO  

Aktual

10 Fevral 2021, 19:28

Azərbaycan Ordusunun hərbi qulluqçusu, 19 yaşlı əsgər Əmirağa Mahir oğlu Ağayevin şəhid olduğu təsdiqlənib.

 

Modern.az xəbər verir ki, 2020-ci ilin iyul ayında Şabran rayonundan hərbi qulluğa yollanan Əmirağa Ağayevin Fizuli istiqamətində gedən döyüşlərdə itkin düşdüyü deyilirdi və oktyabr ayının 10-dan ondan heç bir xəbər yox idi.

 

İki bacının bir qardaşı olan Vətən müharibəsinin şəhid əsgəri,19 yaşlı Əmirağa Ağayev Şabran rayonunun Surra kəndində doğulub.Şəhid əsgərin sabah doğulduğu rayonda dəfn ediləcəyi bildirilir.

 

Aytəkin ALXASLI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi