Modern.az

Naftalanda Şəhid Bəxtiyar Aslanov son mənzilə yola salındı

Naftalanda Şəhid Bəxtiyar Aslanov son mənzilə yola salındı

Aktual

13 Fevral 2021, 14:05

Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə ucalan Aslanov Bəxtiyar İlqar oğlu bugün son mənzilə yola salındı.  

 

Modern.az xəbər verir ki, müharibənin bitməsinə baxmayaraq, itkin kimi aylardır axtarışları davam edən  hərbi qulluqçunun cənazəsi Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub.

Şəhid döyüşçu müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissədə quluq edib. Anası ilə son dəfə sentyabr ayının 27-də  əlaqə saxlayan  şəhidimiz “ Haqqınızı halal edin, əzizlərim, mən ağır döyüşə gedirəm” deyə yazıb.

 

Dəfn mərasimində Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Millət vəkili Anar Məmmədov və hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir