Modern.az

“Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı

“Traktor” Çempionlar Liqasına heç-heçə ilə başladı

14 Aprel 2021, 21:08

Futbol üzrə Asiya Çempionlar Liqasının 2021-ci il mövsümündə qrup mərhələsinin oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, B qrupunda mübarizə aparan İranın "Traktor" klubu ilk sınağında Özbəkistan təmsilçisi "Paxtakor"un qonağı olub. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.

 

Bu ilin martında "Neftçi"ni Təbriz təmsilçisinə dəyişən Saman Nərimancahanla "Sumqayıt"ın sabiq hücumçusu, Azərbaycan Premyer Liqasının bombardiri Peyman Babayi oyuna start heyətində başlayıb. "Səbail"in keçmiş müdafiəçisi Peyman Keşəvarz isə ehtiyatda qalıb.

 

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Hesabı 53-cü dəqiqədə qonaqların heyətində Aşkan Dejagah açıb. 3 dəqiqə sonra Məhəmməd Abbaszadə fərqi 2 topa çatdırıb. Amma "Traktor" üstünlüyünü qoruya bilməyib. 69-cu dəqiqədə "Paxtakor"un əsas qol silahı Draqan Çeran fərqi minimuma endirib. Cəmi 6 dəqiqə sonra Şarof Mukhiddinov tarazlığı bərpa edib. 82-ci dəqiqədə Hocimat Erkinov meydan sahiblərini hesabda önə keçirib. Görüşdə son nöqtəni isə 85-ci dəqiqədə Məhəmməd Abbaszadə qoyub.

 

Qeyd edək ki, bu nəticədən sonra 1 xalı olan komandalar ilk iki pilləni bölüşürlər (report).

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir