Modern.az

İpoteka Fondunun kapitalı artırıldı - vətəndaşa nə xeyri dəyəcək?

İpoteka Fondunun kapitalı artırıldı - vətəndaşa nə xeyri dəyəcək?

4 May 2021, 17:45

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

İpoteka və Kredit Zəmanət Fondunun kapitalı 161 milyon manat artırılıb.

Maraqldır ki, bu artımın nə qədər hissəsi insanları ev ilə təmin edə bilər?

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Modern.az-a İpoteka Fondunun Nizamnamə kapitalının artırılmasının çox böyük imkanlar yaratdığını söyləyib:


“Müxtəlif maliyyə mənbələrdən əlavə vəsaitlər cəlb etməklə, insanların maliyyə problemlərinin həllini asanlaşdırmaq olar. Bu da ölkə üzrə orta hesabla 3 mindən bir qədər artıq mənzil edir. Əlavə bu qədər insanın mənzil problemini həll etməyə yönəlmiş bir addımdır. İpoteka Fonudunun ümumi bazarda payı təxmini hesablamalarımıza görə 10 faiz civarındadır. Lakin zaman-zaman bu həcm artır. İpoteka Fondunun 2006- cı ildə fəaliyyətə başlamışdı. 3 il sonra ümumi bazarın 2 faizini, bu gün isə artaraq 10 faizini təşkil edir. Vaxt gələcək bazarın 70-80 faizini əhatə edəcək.

İnkişaf etmiş ölkələrin praktikası onu göstərir ki, insanlar əsasən iri həcmli əmlakların alışını adətən, kredit vasitəsi ilə həyata keçirir. Əsasən yaşayış mənzillərin alışının demək olar ki, əksəriyyətini ipoteka krediti hesabına ələ keçirirlər. Bizdə də artıq proseslər onu göstərir ki, yaxın illərdə bazarın böyük hissəsini İpoteka Fondunun kreditləri təşkil edəcək.

Ölkədə mənzil probleminin həlli son 10 ildə əvvəlki illərlə müqayisədə daha sürətli hərəkət edir. Fondun nizamnamə kapitalının artırılması da bu həcmdə nəzərdə tutulan layihələrin icrasına, insanların mənzil probleminin həllinə yönəlir”.

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir