Modern.az

Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi

Qardabanidə Milli Qəhrəmanın xatirəsi yad edildi

9 May 2021, 09:59

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum gününə həsr olunan anım mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, şəhidin doğulduğu Qardabani rayonunun Tbilitskaro (İstisu) kəndində yerli sakinlərin təşəbbüsü ilə onun xatirəsinə iftar süfrəsi təşkil olunub. Mərasimdə İ.Mirzəyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda və 44 günlük Vətən müharibəsində şəhid olan digər hərbçilərin ruhlarına dualar oxunub, qazilərə şəfa dilənib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı