Modern.az

3200 igiddən sağ qalan cəmi bir nəfər...

3200 igiddən sağ qalan cəmi bir nəfər...

9 May 2021, 14:29

Bu gün Quba İH başçısı Ziyəddin Əliyev müavinləri ilə birlikdə Böyük Vətən Müharibəsinin yeganə sağ qalan veteranını ziyarət edib.

 

Modern.az xəbər verir ki, 99 yaşlı Yunis Məmmədağa oğlu Kazımovla yaşadığı evdə səmimi görüş keçirən Ziyəddin Əliyev veterana ən əvvəl cansağlığı arzu edib.Bildirib ki,"indi 99 yaşı olan veteranının, sağlıq olsun,gələn il 100 yaşını qeyd edəcəyik."


Alman faşizmi üzərində tarixi qələbənin 76-cı ildönümü günündə Yunis Kazımova möhkəm cansağlığı arzu edən cənab Əliyev onun cəbhə xatirələrini dinləyib,ona hədiyyələr təqdim edib.


Məlumat üçün bildirək ki,Qubadan Böyük Vətən Müharibəsinə 9800 nəfər rayon sakini yollanıb.Onlardan 6600 nəfəri itkin düşüb və ya həlak olub.

 

Yunis Kazımov bu gün müharibədən Azərbaycana geri dönən 3200 nəfərdən yeganə sağ qalan müharibə veteranıdır.

Allah cansağlığı versin 99 yaşlı veterana. Arzu edək ki, Quba İH başçısı Ziyəddin Əliyevin arzuladığı kimi, gələn il onun bir əsrlik yaşını qeyd edək.

 

Aytəkin Alxaslı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?