Modern.az

Türkiyə daha 5 PKK-çını məhv etdi

Türkiyə daha 5 PKK-çını məhv etdi

11 May 2021, 22:13

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında terrorçuların mövqeyinə zərbə endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“İraqın şimalındakı Avaşin Basyan bölgəsində keçirilən “Pəncə-İldırım” əməliyyatı çərçivəsində hərbi hava qüvvələrimiz tərəfindən 5 PKK terrorçusu zərərsizləşdirilib. Bununla da zərərsizləşdirilən PKK terrorçularının sayı 77-yə çatıb”- məlumatda vurğulanıb.

 

Xatırladaq ki, “Pəncə-İldırım” əməliyyatı aprelin 24-də başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır