Modern.az

Çin Starlink-i məhv edəcək yeni silah təqdim etdi

Çin Starlink-i məhv edəcək yeni silah təqdim etdi

Aktual

Bu gün, 16:17

Çin alimləri aşağı Yer orbitində yerləşən peykləri, o cümlədən Starlink peyk sistemini sıradan çıxarmağa qadir olduğu bildirilən yeni mikrodalğalı silah hazırladıqlarını açıqlayıblar.

Modern.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, Çinin Milli Müdafiə Texnologiyaları Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış sistem bir neçə impuls mikrodalğalı şüalandırıcıdan ibarətdir və 100 giqavat gücündə istiqamətləndirilmiş impulslar yarada bilir.

Bildirilir ki, hətta 1 giqavat gücündə impulslar belə aşağı Yer orbitindəki peyklərin avadanlıqlarına zərər vura bildiyi halda, yeni sistemin gücü bunun dəfələrlə üzərindədir.

Nəşrin yazdığına görə, yeni silahın ilk prototipləri artıq hazırlanıb və sahə sınaqlarının keçirilməsi üçün Çin ordusuna təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR