Modern.az

SEPAH: Hörmüz boğazı gəmiçilik üçün bağlanıb

SEPAH: Hörmüz boğazı gəmiçilik üçün bağlanıb

Aktual

12 İyul 2026, 02:25

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında naviqasiya göstərişlərinə tabe olmayan bir gəmiyə xəbərdarlıq atəşi açıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hadisədən sonra Hörmüz boğazının növbəti bildirişədək bütün gəmiçilik üçün bağlandığı elan edilib.

Bildirilib ki, saxlanılan gəmi naviqasiya göstərişlərinə məhəl qoymayıb və buna görə xəbərdarlıq atəşi ilə dayandırılıb. SEPAH bundan sonra boğazdan bütün dəniz nəqliyyatının hərəkətinin növbəti göstərişədək dayandırıldığını bəyan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...