Modern.az

Ermənistan müxalifəti partiya üzvünün azadlığa buraxılmasını tələb edir

Ermənistan müxalifəti partiya üzvünün azadlığa buraxılmasını tələb edir

Aktual

Bu gün, 14:09

Ermənistan parlamentində müxalifəti təmsil edən qadın deputatlar "Ana Ermənistan" Partiyasının İdarə Heyətinin üzvü Areqnaz Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini tələb ediblər.

Modern.az xəbər verir ki, bununla bağlı deputatlar birgə bəyanat yayıblar.

Bəyanatda Areqnaz Manukyanın barəsində həbs qətimkan tədbirinin təcili olaraq azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan alternativ tədbirlə əvəzlənməsi istənilib.

Müxalif deputatlar həmçinin qanunun aliliyinin, ədalətli məhkəmə araşdırması hüququnun və insan hüquqları sahəsində beynəlxalq standartların tam təmin olunmasına çağırış ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR