Modern.az

Moskvaya kütləvi dron hücumu: 3 ölü

Moskvaya kütləvi dron hücumu: 3 ölü

Dünya

Bu gün, 09:04

Moskva vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində azı 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

Onun sözlərinə görə, gecə ərzində region üzərində 81 Ukrayna pilotsuz uçuş aparatı vurulub.

İstra şəhər dairəsinin Pionerski qəsəbəsində dron qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Hadisə nəticəsində 5 fərdi yaşayış evində yanğın baş verib.

Solneçnoqorsk şəhərində isə pilotsuz aparat yaşayış binasına çırpılıb. Nəticədə 2 nəfər yaralanıb. İstra rayonunun Babkino kəndində də iki fərdi evə ziyan dəyib.

Moskva meri Sergey Sobyanin bildirib ki, iyulun 12-si axşam saatlarından etibarən Moskva istiqamətində 350-dən çox dron uçuşu qeydə alınıb. Onların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən paytaxtdan uzaq məsafədə məhv edilib.

Merin sözlərinə görə, təkcə Moskva yaxınlığında 50 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Sizə yeni x var
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR