Bakının bir sıra yollarında tıxac yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
5. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
7. Mətbuat prospekti, "Mikayıl Müşfiq" dairəsi istiqamətində;
8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
10. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.