Arxiv
24 İyun 2021, 18:51 | MEDİA
Mətbuat Şurasından xarici media qurumlarına MÜRACİƏT

Azərbaycan Mətbuat Şurası “Sərhədsiz reportyorlar” təşkilatının xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair twitter hesabındakı paylaşımı ilə bağlı beynəlxalq təşkilatlara və xarici media qurumlarına müraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, müraciətdə bildirilib:

“Sərhədsiz reportyorlar” təşkilatı özünün twitter hesabında xidməti fəaliyyətini yerinə yetirən ispaniyalı jurnalistlərin Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər rayonu ərazisində Azərbaycan hərbçiləri tərəfindən guya ölümlə hədələndiklərinə dair paylaşım edib.

Azərbaycan Mətbuat Şurası olaraq bildiririk ki, Ermənistan müharibə müddətində söz və ifadə azadlığı müstəvisində çoxsaylı manipulyasiyalara, Azərbaycanın nəzarətində olan ərazilərdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlara yol verib.

 

Ermənistan hakimiyyəti eyni zamanda media təmsilçilərini bilərəkdən döyüş intensivliyi ilə seçilən bölgələrə, beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi sayılan ərazilərə aparıb ki, onların həyatları üçün təhlükə yaransın və bunu jurnalistikaya təzyiq kimi qiymətləndirsin. Həmin vaxt “Sərhədsiz reportyorlar” məsələni susmaqla qarşılayıb, heç bir münasibət bildirməyib. Təşkilat işğaldan azad edilmiş Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə də səssiz qalıb. Belə bir vəziyyətdə qurumun ispaniyalı jurnalistlərin həyatlarından guya narahatlıq ifadə etməsi, bunu heç bir real fakta əsaslanmadan göstərməsi təəssüf doğurur. Aydındır ki, bu, “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı növbəti qərəzidir.

Təşkilat Azərbaycana münasibətdə o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edib. Qurumun twitter paylaşımındakı foto görüntüdən bu qənaətə gəlmək mümkündür. İspan jurnalistlərin guya ölümlə hədələnmələrinin sübuta yetirilməsi cəhdi çox gülünc və absurddur. Azərbaycan hərbçiləri qarşı tərəfə atəş açmayıb.

 

Bir daha bildiririk ki, "Sərhədsiz reportyorlar" təşkilatı Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirir. Twitter səhifəsindəki paylaşım bunun real sübutudur. Dünyada tanınmış media qurumunun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlərə yol verməsi ölkəmizin media ictimaiyyətində dərin hiddət hissi doğurur. İstərdik ki, sizlər də əsl həqiqətlərdən xəbərdar olasınız, söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyaların qarşısının alınması üçün səfərbərlik nümayiş etdirəsiniz. Biz bu qənaətdəyik ki, bəşəri dəyərlər heç bir maraqlı tərəf və ya tərəflərin, o cümlədən "Sərhədsiz reportyorlar" təşkilatının əlində alətə çevrilməməlidir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlamentin növbədənkənar sessiyası çağırılır 30 İyul 2021, 18:40 FHN-nin 100 əməkdaşı Türkiyəyə yola düşdü - FOTOLAR 30 İyul 2021, 18:34 Fransız jurnalistlər Qarabağda - FOTOLAR 30 İyul 2021, 18:27 Azərbaycan və Pakistan parlamentləri arasında Anlaşma Memorandumu imzalandı - FOTOLAR 30 İyul 2021, 18:20 Dolların məzənnəsi sabit qaldı 30 İyul 2021, 18:16 Türkiyədə planlaşdırılan terror aktının qarşısı alındı 30 İyul 2021, 18:10 “Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik” 30 İyul 2021, 18:04 Eldəniz Səlimov deputat mandatından məhrum edilir 30 İyul 2021, 17:58 Azərbaycandan Türkiyəyə yola düşəcək təyyarənin görüntüləri - FOTO 30 İyul 2021, 17:52 Fuad Muradov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb 30 İyul 2021, 17:48 Göyçayda şadlıq sarayının sahibi cərimələndi 30 İyul 2021, 17:44 “Nar Wi-Fi” ilə sən harada, internet orada! 30 İyul 2021, 17:38 Türkiyə yanğınların söndürülməsinə “Bayraktar”ları CƏLB ETDİ 30 İyul 2021, 17:33 Vətən müharibəsi qazisi ziyarət olundu 30 İyul 2021, 17:30 Eldəniz Səlimovu 8 ilədək həbs gözləyir 30 İyul 2021, 17:26 Türkiyədə yanğınların səbəbini araşdıracaq xüsusi dəstə yaradıldı 30 İyul 2021, 17:20 Türkiyədə meşə yanğınları: “Təxribat ehtimalının olmadığını düşünürük” 30 İyul 2021, 17:15 Polisi döyən deputata cinayət işi AÇILDI 30 İyul 2021, 17:12 Masallıda avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO 30 İyul 2021, 17:06 İstanbulda meşə sahələrinə giriş qadağan edildi 30 İyul 2021, 17:00 Lənkəranda itkin düşən taksi sürücüsünün meyiti tapıldı 30 İyul 2021, 16:55 Şuşanın Baş planının detalları AÇIQLANDI 30 İyul 2021, 16:50 Ağdamın Şuraabad kəndi - VİDEO   30 İyul 2021, 16:44 Komitə sədri səfirlə görüşdü - FOTO 30 İyul 2021, 16:38 Maliyyə Nazirliyi əsassız ödənişlər AŞKARLADI 30 İyul 2021, 16:33 Jurnalistlərin deputatlara dəhlizdə yaxınlaşması QADAĞAN OLUNACAQ 30 İyul 2021, 16:27 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini TƏNQİD ETDİ 30 İyul 2021, 16:23 Peyvənd olunanların sayı açıqlandı 30 İyul 2021, 16:19 Yoluxma yenidən artdı - 3 nəfər vəfat etdi 30 İyul 2021, 16:16 Türkiyədə 71 yanğından 57-si artıq nəzarət altına alınıb - Ərdoğan 30 İyul 2021, 16:13 Polis “Kubinka” və “Şamaxinka”da əməliyyat keçirdi - saxlanılanlar var 30 İyul 2021, 16:10 Vətən müharibəsinin 1 053 qazisinə əlillik təyin edilib 30 İyul 2021, 16:06 Ərdoğan: “Azərbaycandan yanğınsöndürən təyyarə göndəriləcək” 30 İyul 2021, 16:03 Konfutsi İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 30 İyul 2021, 15:58 Paşinyanla diaspor erməniləri arasında UÇURUM: İstefa dalğası başladı 30 İyul 2021, 15:53