Arxiv
1 Avqust 2021, 09:00 | AKTUAL
1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü!

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

 

Modern.az xəbər verir ki, sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib.

 

Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

 

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

 

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

 

Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

 

Xatırladaq ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz altmışdan çox saytın dili ilə bağlı monitorinq aparıb və nəticələrin əks olunduğu hesabatı kitab şəklində nəşr etdirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mali “Vaqner” hərbi şirkətindən kömək istəyib 26 Sentyabr 2021, 00:52 Naftalanda kafedə yanğın oldu 26 Sentyabr 2021, 00:41 Ruanda soyqırımının icraçısı həbsxanada öldü 26 Sentyabr 2021, 00:39 Nigeriyada terrorçular əsgərlərə hücum etdi: Onlarla ölü var 26 Sentyabr 2021, 00:10 Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub oldu 25 Sentyabr 2021, 23:43 Türkiyə əhalisinin 70%-ə yaxını tam peyvəndlənib 25 Sentyabr 2021, 23:32 Ağcabədidə ev yandı 25 Sentyabr 2021, 23:10 Ceyhun Bayramov bu ölkələrdən olan həmkarları ilə görüşdü 25 Sentyabr 2021, 22:50 Mahir Emreli "Legiya"da növbəti qolunu vurdu 25 Sentyabr 2021, 22:47 “Şəhid əmanətləri Şuşada” layihəsinə start verildi - FOTOLAR 25 Sentyabr 2021, 22:31 XİN başçısı BQXK rəhbərinə mina təhlükəsi barədə məlumat verdi 25 Sentyabr 2021, 22:15 Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü 25 Sentyabr 2021, 22:12 Bakıda mənzildə qadın meyiti aşkarlandı 25 Sentyabr 2021, 22:10 Şimal zonasına yağış yağacaq, çaylarda daşqın olacaq 25 Sentyabr 2021, 22:02 “Çelsi” “Maçester Siti”yə məğlub oldu 25 Sentyabr 2021, 21:55 “Taliban”ın tanınması müzakirə mövzusu deyil” – Lavrov 25 Sentyabr 2021, 21:49 Göyçayda minik avtomobili yandı 25 Sentyabr 2021, 21:35 Premyer Liqa: “Zirə” “Səbail”ə qalib gəldi 25 Sentyabr 2021, 21:12 Azərbaycan və Türkiyə arasında daha bir memorandum imzalandı 25 Sentyabr 2021, 20:59 Anım günü ilə əlaqədar bu avtobusların hərəkət sxemi dəyişdirilir 25 Sentyabr 2021, 20:51 Cüdoçumuz Xorvatiyada qızıl medal qazandı 25 Sentyabr 2021, 20:36 Ceyhun Bayramov Qoşulmama Hərəkatının nümayəndələri ilə görüşdü 25 Sentyabr 2021, 20:20 “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı 25 Sentyabr 2021, 20:03 Ermənistan ordusuna köhnə raketlər satan keçmiş zabit həbs edildi 25 Sentyabr 2021, 19:43 Putin Lukaşenko ilə görüşəcək 25 Sentyabr 2021, 19:30 "Səbail" - "Zirə" oyununda Vətən müharibəsinin ildönümü yad edildi 25 Sentyabr 2021, 19:19 Polis Qaxda şəhid ailələrini ziyarət etdi 25 Sentyabr 2021, 19:11 “Qarabağ”-“Keşlə” oyunu bərabərə bitdi 25 Sentyabr 2021, 19:10 İçərişəhərdə vandalizmə qarşı iməclik - FOTO 25 Sentyabr 2021, 18:56 Mikayıl Cabbarov Alessandro Frakassetti ilə görüşüb 25 Sentyabr 2021, 18:30 Nazir Türk Şurasının baş katibi ilə görüşdü - FOTO 25 Sentyabr 2021, 18:20 Arvadını balta ilə öldürən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi 25 Sentyabr 2021, 18:12 Şəhidimizin qardaşı bayrağı dəyişərkən yıxılıb ÖLDÜ 25 Sentyabr 2021, 18:04 Şəhid leytenant: “Əsgərim döyüşdə ola-ola mən hospitala gedə bilmərəm” 25 Sentyabr 2021, 17:57 Müğənni arvadını moteldə öldürməyindən DANIŞDI 25 Sentyabr 2021, 17:50
SORĞU Hansı vaksinə etibar edirsiniz?