Modern.az

BANM-in tələbəsi beynəlxalq yarışda qalib oldu  

BANM-in tələbəsi beynəlxalq yarışda qalib oldu  

17 Avqust 2021, 18:39

Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Hüseyn Qəmbərov "WorldSkills Asia" tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edib.

 

BANM-dən Modern.az-a verilən məlumata görə, Azərbaycanın ilk dəfə qatıldığı bu nüfuzlu yarışda BANM tələbəsi 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə IV yeri tutub və Azərbaycanın adını Cənubi Koreya və Rusiyadan sonra 3-cü yerə yüksəldib.

 

O həm də “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Hüseyn Qəmbərovun 26 ölkədən 122 nümayəndə arasında yüksək yeri qazanması Azərbaycan təhsil sisteminin uğurudur. Qeyd edək ki, Hüseyn Qəmbərov ötən ay keçirilmiş milli seçim turunda yüksək nəticə göstərərək, beynəlxalq yarışda iştirak etmək hüququ əldə edib.

 

Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Bu yarışda 80 istiqamət üzrə yüzlərlə gənc mühəndis 3 gün ərzində öz biliklərini real layihələr üzrə tətbiq edərək mübarizə aparıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir