Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp bu həftə keçiriləcək G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib.
Modern.az xəbər verir ki, o, Vaşinqtondan gecə saatlarında yola düşüb. ABŞ Prezidenti Cenevrə hava limanından builki sammitin keçiriləcəyi Fransanın Alp kurortu olan Evian-le-Ben şəhərinə gedəcək.
Sammitdə İranla yeni müqavilə əsas müzakirə mövzusu olacaq.
Bu gün Donald Tramp Fransa prezidenti Emmanuel Makronla təkbətək görüşəcək.