Yunanıstanın "Panatinaikos" basketbol komandası türkiyəli baş məşqçisi Ergin Atamanla yollarını ayırıb.
Modern.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Panatinaikos" Ergin Atamanın rəhbərliyi altında 4 kubok qazanıb. Bunlardan biri Avroliqa çempionluğudur.