Modern.az

"Azərsu" Yasamalın içməli suyunu kəsir

"Azərsu" Yasamalın içməli suyunu kəsir

Aktual

30 Oktyabr 2012, 12:24

Bakı şəhəri Yasamal rayonunda yerləşən “+160 Qərb” su anbarından “Qızıl Şərq” adlanan hərbi şəhərcik istiqamətində yeni çəkilmiş 700 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Bununla əlaqədar  oktyabrın 30-da gün ərzində Yasamal rayonu Ş. Mehdiyev, A. Abbasov, Şərifzadə, M. Seyidov, Z. Xəlilov küçələrinə və Hüseyn Cavid prospektinin bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra bu ərazilərdə içməli su təchizatı fasiləsiz olacaq. Bu barədə “Azərsu” məlumat yayıb.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir. 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir