Modern.az

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

Dünya

Bu gün, 04:45

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançısı Kaliforniya ştatında yerləşən Eduards Hərbi Hava Qüvvələri bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Modern.az "FOX21 News Colorado"a istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 11:20 radələrində baş verib.

Qəzanın ardından əraziyə təcili yardım və xilasetmə xidmətləri cəlb olunub.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, B-52 Stratofortress bombardmançısının ekipajı adətən beş nəfərdən ibarət olur.

Qəzanın baş verdiyi Edvards bazası Los-Ancelesdən təxminən 161 kilometr şimalda yerləşir.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ