Yəmənin Ədən şəhərindən 111 dəniz mili cənub-şərqdə ticarət gəmisinə RPG tipli qumbaraatanla atəş açılıb.
Modern.az xəbər verir ki, bunu Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi bildirib.
Məlumata görə, dörd silahlı şəxsin olduğu kiçik qayıq gəmiyə yaxınlaşaraq atəş açıb. Hadisə Yəmən sahilləri yaxınlığında digər yük gəmisinin hədəfə alınmasından bir neçə saat sonra baş verib.
Qurum insidentlə bağlı araşdırmalara başlanıldığını, hücumun detalları və cavabdeh tərəflərin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.