Modern.az

Ukrayna ordusu iki kəndi azad etdi

Ukrayna ordusu iki kəndi azad etdi

Dünya

16 İyun 2026, 02:51

Ukrayna ordusu Donetsk bölgəsində irəliləyib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Ternove yaxınlığında irəliləyib və iki kəndi azad edib.

Ukrayna bölmələri Ternovenin şimal-şərqində və şərqində ərazi zolağı boyunca irəliləyib. Mütəxəssislərin fikrincə, bu, Novogeorgiyevka və Berezovo kəndlərinin azad edilməsi ehtimalını göstərir.

Bundan əlavə, Ukrayna qoşunları cənubda yerləşən Novoqriqorovka kəndinin bir hissəsindən rus bölmələrini sıxışdıra bilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyaya kritik mesaj - Edə bilmədilər, əvəzində...