Modern.az

Hörmüz boğazı 50 günə minalardan təmizlənəcək

Hörmüz boğazı 50 günə minalardan təmizlənəcək

Dünya

16 İyun 2026, 02:02

Hörmüz boğazının təhlükəsiz gəmiçilik üçün minalardan təmizlənməsi 40-50 gün çəkə bilər.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Qərb dəniz təhlükəsizliyi şirkətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, yalnız bundan sonra sığorta şirkətləri, gəmiçilik operatorları və neft şirkətləri boğazdan keçidi kifayət qədər təhlükəsiz hesab edə bilərlər.

Agentlik qeyd edir ki, klassik mina təmizləyən gəmilər və yeni nəsil sualtı dronlarla aparılacaq təmizləmə işləri bir neçə həftə çəkə və bazara on milyonlarla barel neftin çatdırılmasında gecikmələrə səbəb ola bilər.

 

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi