Modern.az

Daha bir komitə onlayn iclasa toplaşır

Daha bir komitə onlayn iclasa toplaşır

Aktual

16 Sentyabr 2021, 09:12

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. 

 

1.Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat.

 

2.Komitənin 2021-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

 

3.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır