Modern.az

Bu ölkədə avtomobillərin hərəkətini tək və cüt günlərə bölmək təklif olunur

Bu ölkədə avtomobillərin hərəkətini tək və cüt günlərə bölmək təklif olunur

Dünya

Bu gün, 11:04

Özbəkistanda havanın keyfiyyəti pisləşəndə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulması təklif edilir. Ölkənin Ekologiya və İqlim Dəyişikliyi Komitəsi bununla bağlı qərar layihəsini ictimai müzakirəyə çıxarıb. 

Modern.az xəbər verir ki, layihəyə görə, zərurət yaranarsa, avtomobilin hansı gün yola çıxa biləcəyi nömrə nişanının son rəqəminə görə müəyyənləşəcək. Nömrəsi tək rəqəmlə bitən avtomobillər ayın tək günlərində, cüt rəqəmlə bitənlər    isə cüt günlərində hərəkət edə biləcək. Elektromobillər və xüsusi təyinatlı nəqliyyat vasitələri bu məhdudiyyətdən azad tutulacaq. 

Layihədə ağır yük maşınlarının vilayət və şəhər mərkəzlərində hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya onların şəhərlərdən yan keçən yollara yönləndirilməsi də nəzərdə tutulur. Layihənin ictimai müzakirəsi dekabrın 12-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV