Modern.az

Universitet tələbələri üçün yeni sistem yaradıldı

Universitet tələbələri üçün yeni sistem yaradıldı

16 Sentyabr 2021, 14:14

"Yeni tədris ilindən ali təhsil müəssisələrində akademik borcların onlayn şəkildə ödənilməsi mümkün olacaq".

 

Modern.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abışov deyib.

 

O bildirib ki, tələbələr bu ildən istifadəyə verilən sistem vasitəsilə təhsil haqqını da onlayn şəkildə ödəyə bilər:

 

"Tələbələr onlayn şəkildə invoys nömrəsi alırlar. Burada həm tələbənin təhsil aldığı ali məktəb, həm də təhsil haqqı borcu barədə məlumat olacaq. Onlayn kartla müvafiq invoys nömrəsi ilə bank və "Milli ön" vasitəsilə ödəniş mümkündür. Əvvəllər tələbələr şəxsiyyət vəsiqələrini təqdim etməklə ödəniş edirdi. Təhsil haqqı borcu müəyyən hissələrə bölünə bilər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi