Modern.az

4 bank dələduzu SAXLANILDI

4 bank dələduzu SAXLANILDI

12 Oktyabr 2021, 15:28

Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

DİN rəsmisinin sözlərinə görə, hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

 

E.Hacıyev vətəndaşlar tərəfindən verilən dəqiq məlumatlara görə onlara təşəkkür edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi