Modern.az

Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu

Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu

Aktual

28 Oktyabr 2021, 19:16

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Türkiyə sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

 

Görüş zamanı Bakı şəhərində müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı bu sahədə Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi barədə razılığa gəlinib.

Görüşdə, həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi