Modern.az

Kuçava Rusiyanı işğalçı adlandırıldı

Kuçava Rusiyanı işğalçı adlandırıldı

Aktual

28 Noyabr 2021, 16:58

"Gürcüstanın ərazisinin 20%-i, iki tarixi bölgə - Abxaziya və Sxinvali Rusiyanın işğalı altındadır".

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Kaxa Kuçava, Madriddə keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bu rayonların sakinləri zorakılığın və etnik zəmində əsassız məhdudiyyətlərin qurbanı olurlar: "Gürcüstanın ərazisinin 20%-i, iki tarixi bölgə - Abxaziya və Sxinvali Rusiyanın işğalı altındadır. Buna diqqət edilmir və bu bölgələrin sakinləri etnik zorakılıq və əsassız məhdudiyyətlərin qurbanıdırlar", - deyə Kuçava bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır