Modern.az

Turan Yazqanın ödülü oğluna təqdim edildi

Turan Yazqanın ödülü oğluna təqdim edildi

4 May 2013, 16:05
Mayın 3-də Gənc Tamaşaçılar Teatrında Türk Dünyası Araşdırmaları Vakfı (TDAV) Bakı Atatürk Litseyin məzun gecəsi keçirilib. Mərasimin başlanğıcında Türk dünyasının şəhidləri anılıb, Azərbaycan və Türkiyənin dövlət himnləri oxunub. Mərasimdə bildirilib ki, “Türküstan” qəzetinin və “Ortaq Dəyərlər” İctimai Birliyinin təşəbbüsü və Türk dünyasının 20-ə yaxın qurumunun dəstəyi ilə keçirilmiş sorğunun nəticələrinə görə Türk Dünyası Araşdırmalar Vakfının qurucu başqanı, professor Turan Yazqan vəfatından sonra “Türk gəncliyinin dostu” seçilib. Turan Yazqanın “Türk gəncliyinin dostu” ödülünü və diplomunu “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Türk Dünyası Araşdırmalar Vəqfinin yeni başqanı Közhan Yazqana təqdim edib. Daha sonra mərasim bədii hissə ilə davam edib.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?