
Xocalı soyqırımının növbəti - 19-cu ildönümü tamam olur. Ötən 19 il ərzində Xocalı həqiqətlərini dünyaya yetərli qədər çatdıra bilmişikmi?
Çatdırmışıqsa, axı niyə dünya ictimaiyyəti hələ bu məsələyə çox biganə yanaşır. Beynəlxalq təşkilatlar Xocalı soyqırımına xüsusi diqqət yetirsəydi, bu cinayəti törədənlərə qarşı beynəlxalq hüquq çərçivəsində tədbirlər görülərdi. Hələlik isə qətliamı törədənlər cəzasızdırlar.
Xalqımızın başına gətirilən bu milsilsiz faciəni dünyaya çatdırmaq üçün siyasətçilərlə yanaşı, başqa sahələrin insanları da səslərini ucaltmalıdırlar.
Deyirlər mədəniyyət çox güclü silahdır, onun qarşısında bütün qüvvələr baş əyir. Bəs, Azərbaycan mədəniyyətinin müxtəlif sahəsinin adamları öz işləri ilə dünyanı Xocalı həqiqətlərinə inandıra bilibmi, öz həqiqətlərimizi dünya arenasına çatdırmaq üçün hansı işlər görülüb, ümumiyyətlə, görülən işlər yetərlidirmi?
Bilirsiniz niyə mədəniyyət deyirik, indiki dünya üçün, indiki avropalı üçün politikadan maraqlı “Eurovision”da oxunan hər hansı müsiqi parçasıdır, br rəsm əsəridir.
Bizimkilər bu sahədə nə iş görürlər?
Bu suala cavab almaq üçün tanınmış mədəniyyət nümayəndələrinə müraciət etdik.
“Bizim işimiz çıxıb mahnı oxumaqla bitmir”
Əməkdar artist, müğənni Aybəniz Haşımova bildirdi ki, dövlət olaraq bu istiqamətdə Azərbaycan hansısa addımlar atır: “Ancaq erməni lobbisi dünyada güclüdür və onları dəstəkləyən qüvvələr də çoxdur. Ermənilər bizim milyonlarla insanımızı, minlərlə xanımlarımızı bədbəxt edib. Uşaqlarımız atasız-anasız qalıb, bütün bunları demək mənə çox çətindir”.
A.Haşımovanın sözlərinə görə, xarici ölkələrdə, hətta ermənilərin də iştirak etdiyi qastrol səfərlərində olanda, erməni vəhşilikləri barədə danışıb: “Mən Xocalı haqqında, xalqımızın başına gətirilən müsibətlərdən danışanda onlar susurlar. Bu, bizim qalibiyyətimizdir. Onlar öz süsmaqları ilə günahlarını boyunlarına alırlar. Əgər onlar günahkar olmasalar, heç vaxt susmazlar. Dünyanın 21 ölkəsinin təmsil olunduğu festivalda istirak edirdim. Orada ermənilər də var idi. Mən danışanda ilk olaraq elə öz ailəmi misal gətirirəm. Erməni iştirakcısı çıxıb, o qədər deyib ki, “sənin millətlinin qarşında, sənin kədərin və ölkən qarşısında baş əyirəm”. Belə hallar da olub”.
A.Haşımova bildirdi ki, ermənilər bütün dünyaya səs salıblar, öz yalançı “soyqırımı”larını tanıtmağa çalışırlar: “Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Xoçalı faciəsini olduğu kimi dünyaya çatdırsın. Ermənilərin tarixən heç nələri olmayıb, hər zaman çalışıblar ki, kimdənsə nəsə qopartsınlar”.
A.Haşımova qeyd etdi ki, o, öz öhdəsinə düşəni hər şeyi edir: “Düzdür, bundan artıq da etməliyəm. Bizim işimiz çıxıb mahnı oxumaqla bitmir. Xocalı məsələsi mənim ən yaralı yerimdir”.
“Sözləri bir kənara qoyub, birbaşa işə keçmək lazımdır”
Bəstəkar, əməkdar incəsət xadimi, bəstəkar Faiq Sücəddinov bildirdi ki, insanlar Xoçalı faciəsinin dərinliyini dərk etməlidirlər: “Azərbaycan Milli Dram Teatrında Xocalı faciəsini əks etdirən tamaşa göstərilib, musiqilər, şeirlər, kitablar yazılıb. Xocalı faciəsindən heç bir başqa xalqın ürəyi sızıldamır, ancaq azərbaycanlılardır bu məsələdə yanan. Hər il həmin tarix gələndə deyirik “nə etməliyik?”. Hesab edirəm ki, artıq sözləri bir kənara qoyub, birbaşa işə keçmək lazımdır. Erməniləri güclü bir zərbə ilə yer üzündən silmək vaxtı yetişib.
Hər il Xocalı faciəsinin ildönümündə bütün Avropada yerləşən Azərbaycan səfirlikləri tədbirlər kecirir. Avropada yaşayan insanlara bu məsələlər təbliğ olunur. Onlar gəlib kinoteatr kimi baxıb gedir. Məncə, incəsənət də üzərinə düşən vəzifəni yerinə yetirir. O ayağı yalın insanları görəndə adamın ürəyi ağrıyır. Yenə də təkrar edirəm, artıq iş görməyin vaxtıdır”.
“Nazirlik o əsərləri tərcümə edib dünyaya da yaymalıdır”
Xalq şairi Zəlimxan Yaqub bildirdi ki, Xocalı naləsindən, hıçqırığından qurtarıb kəskin sözlə, ağıllı siyasətlə dünyaya car çəkmək lazımdır: “Bir az öncə İlyas Əfəndiyev adına Elitar Liseydə Xocalı tədbirində iştirak edirdim. Bilirsiniz, söz adamları üzərinə düşən vəzifəni yerinə yetirir, əsərlər, şeirlər, poemalar yazırlar. Onları xariçi dillərə çevirib dünyaya çatdırmaq isə söz adamlarının işi deyil. Mədəniyyət və Turizm Nazirliyi və onun müfaviq qurumları bu əsərləri tərcümə edib, dünyaya da yaymalıdır: “Bizim xarici ölkələrdə olan səfirliklərimiz, konsulluqlarımız, diaspor təşkilatlarımızın üzərinə böyük vəzfələr düşür. Hesab edirəm ki, sənət adamları üzərinə düşən vəzifəni yerinə yetirib. Şəxsən mən Xocalı şəhidlərinin ruhu qarşısında xəcalətli deyiləm. Arzu edirəm ki, Xocalılar Xocalıya qayıtsın, biz də öz şeirlərimiz, poemalarımızı Xocalıda xocalıların qarşısında oxuyaq”.
“Şəhidlərin ruhu madiyyatı mənəviyyata çevirən insalara möhtac deyil”
Xalq artisti, müğənni Flora Kərimova: “Mədəniyyətimizlə Xoçalı faciəsini dünyaya çatdıra bilməyimizi düşünürəm. Qarşı tərəfin bunu hansı dərəcədə qavramağa maraqlı olduğunu deyə bilmərəm. Bu, dünya siyasətində Azərbaycana qarşı bir təxribatdır. Çünki çoxları istəmir ki, Azərbaycan güclü və qüdrətli dövlət olsun”.
F.Kərimovanın sözlərinə görə, Xocalı faciəsini dünya miqyasında tanıtmaq üçün addımlar atılır və bu addımları nəticəsiz saymaq düzgün olmaz: “Düşünürəm ki, məqsədimizə addım-addım çataçağıq”.
Müğənni dedi ki, bəzi sənətçilər Xocalı faciəsini təbliğ edərkən şəxsi maraqlarını güdürlər: “Bunu hamıya aid etmək olmaz, elələri var ki, öz çiblərini düşünür, mən belə təbliğata inanmıram”.
F.Kərimovanın sözlərinə görə, təğliğatı haqqı olan insanlar etməlidirlər, Vətən haqqında söz deməyə haqqı çatmayan insanlar bu təbliğatın səviyyəsini də aşağı salır:
“Vətənin kifayət qədər qeyrətli oğulları və qızları var. Şəhidlərin ruhu madiyyatı mənəviyyata çevirən insalara möhtac deyil”.
Sədaqət SÜLEYMANOVA