
Modern.az saytının məlumatına görə, bir neçə gün öncə ARDNŞ-nin ekoloji məsələlər üzrə vitse-prezidenti təyin edilən Rəfiqə Hüseynzadə Azərbaycan idmanı sahəsində tanınmış bir simanın Çingiz Hüseynzadənin həyat yoldaşıdır.
Qeyd edək ki, Çingiz Hüseynzadə 10 ildən çoxdur Milli Olimpiya Komitəsinin vitse-prezidenti vəzifəsində çalışır. Bu vəzifəyə gəlməzdən öncə isə Prezidentin İcra Aparatında çalışıb.
Rəfiqə Hüseynzadə isə uzun illərdir neft-qaz sənayesi sahəsində çalışır. O, 1996-cı ildən bu yaxınlaradək “Azneft" İB və "Şlumberje" şirkətinin birgə təsis etdikləri «Azlab» Qapalı Tipli Səhmdar Cəmiyyətində baş menecer vəzifəsini icra edirdi.
Hazırda isə Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidentidir.
Modern.az