"Bu oğlanlar kişi kimi xalq qarşısında hər şeyi danışmalıdırlar"

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə ilə bağlı internetdə yayılan qeyri-etik səhnələrllə zəngin videogörüntü ətrafındakı qalmaqal davam edir.
Bu gün müğənni Aygün Kazımova qalmaqala yenidən aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib. Modern.az saytı xəbər verir ki, A.Kazımova mövzu ilə bağlı sonuncu dəfə mətbuat konfransı keçirdiyini bildirib.
Xalq artisti yayılmış videogörüntülərlə bağlı qalmaqala son qoymaq üçün qarşı tərəfin ictimaiyyət önünd üzr istəməsini tələb edib.
“Onlar üzr istəməyənə qədər bu işin arxasındayam. Mən peşiman deyiləm ki, İlqarə kimi övlad böyütmüşəm”-deyə A.Kazımova vurğulayıb. Müğənni bu işdə Orxan Nəsirov, Nicat Novruzzadə və Eyyubun əli olduğunu bildirib.
Mətbuat konfransında məlum olub ki, Orxan Nəsirov hal-hazırda Türkiyədədir və ANS TV-nin müxbiri sabah ondan müsahibə götürəcək. Müsahibə ANS-in “Günəbaxan” verilişində yayımlanacaq. Verilişdə A.Kazımovanın özü də verlişdə iştrak edəcək.
Nicat Novruzadə isə bu məsələdə hələki susur.
“Əgər onlar üzr istəməsələr, mən onların başı üstundə qara bulud olacağam”-deyə xalq artisti vurğulayıb. O, bildirib ki, bu oğlanlar kişi kimi hər şeyi xalq qarşısında danışmalıdılar.
“İlqarənin bütün səhv və düzləri ilə sona kimi arxasindayam”-deyə A.Kazımova qızına dəstək nümayiş etdirib.
A.Kazımova deyib ki, Nicatın atası Şahin Novruzov əslən Gəncə şəhərindəndir. Nüfuzlu iş adamlarından olan Ş.Novruzov Zığ qəsəbəsində şərab zavodunun direktorudur.
“Orxanın atası Hacı Daşqın Nəsirovla görüşdüm. Və onun yerinə xəcalət çəkdim. O boyda ağsaqqal kişi mənim qarşımda susmuşdu.
Mənim əsas məqsədim ondan ibarətdir ki, qızım adına yaxılan qara ləkə təmizlənsin. Çıxıb həmin şəxslər qızımdan üzr istəsinlər. Desinlər ki, “İlqarə bizim baçımızdır, o vaxt biz uşaq olmuşuq, bilməmişik”.
Videorolikin niyə 3 il bundan əvvəl yox, indi yayımlanmasına gəlincə A.Kazıova bildirdi ki, bu planlaşdırılmış şəkildə baş verib.
“İlqarə məktəbi bitirib, karyerası başlayıb. Belə bir zamanda onlar mənim qızımın karyerasını bitirmək istəyiblər. Müəyyən qədər də buna nail oldular”.
A.Kazımova deyib ki, dünən axşam o, Nicatın atasına da mesaj yazıb: “Yazdım ki, sabah Orxan bu məsələlərlə bağlı müsahibə verəcək. Nicat niyə susur? Mən sabah (bu gün-red.) mətbuat konfransında nə deyəcəm? Fikirləşin vaxtımız azdır. İmza İlqarənin anası”.
Xatırladaq ki, iki həftə öncə internet saytlarında Aygün Kazımovanın qızı İlqarə və bir qrup gənc oğlanın görüntüsünün olduğu videorolik yayılıb. Hadisə 2009-cu ilin yanvar ayında Londonda olub. O zaman İlqarə və sinif yoldaşları Oksford məktəbinə tətilə gediblərmiş. Videolenti çəkən şəxs Orxan Nəsirov, İlqarə ilə qeyri-etik davranaraq görüntülərə düşən isə Nicat Novruzzadədir.


Sədaqət Süleymanova