Modern.az

ABŞ səfirindən əcaib müqayisə: Brayza Naxçıvanla “DQR”-i bir tərəzidə qoydu

ABŞ səfirindən əcaib müqayisə: Brayza Naxçıvanla “DQR”-i bir tərəzidə qoydu

Ölkə

4 Aprel 2011, 17:12

Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından gedir və bu məqbul sayılır”

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Xankəndi hava limanı ilə bağlı son günlər gündəmdə olan məsələyə dair  br daha mövqeyini açıqlayıb.

“Mən istənilən şəraitdə mülki təyyarənin vurulmasının qəbul edilməz olduğunu demişəm. Şadam ki, Azərbaycan öz mövqeyinin istiqamətini dəyişib və hüquqlarını Beynəlxalq Mülki Aviasiya Təşkilatında müdafiə etməyə çalışır”-deyə səfir KİV-nümayəndələrinin bununla bağlı sualını cavablandırarkən bildirib.
M. Brayza Xankəndində hava limanının açılması və ora təşkil edləcək uçuşlarla bağlı sualları cavablandırmaq istəməyb. Səfir Minsk qrupunun həmsdərlərinin bölgəyə yeni səfərini gözləməyi məsləhət bilib.
“Qoy həmsədrlər bölgəyə gəlib münasibət bildirsinlər, bu, daha düzgün olar. Mən onu da deyə bilərəm ki, Azərbaycandan Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından gedir və bu məqbul sayılır”-deyə Brayza vurğulayıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla savaşa hazır olun! - Almaniyada əhaliyə ŞOK XƏBƏRDARLIQ