Metyu Brayza bildirib ki, Azərbaycan vətəndaşlarının öz fikirlərini ifadə etmək hüququ var
ABŞ-n Azərbaycandakı səfirliyi hakimiyyəti aprelin 2-də Bakıda keçirilimiş kütləvi etiraz aksiyası zamanı həbs edilmiş şəxsləri azad etməyə çağırıb. Bununla bağlı mövqeyini ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayza jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan vətəndaşlarının öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququna malik olduğunu deyən ABŞ səfiri bu mövelərinin dəyişmədiyini vurğulayıb.
“Biz əvvəllər olduğu kimi, yenə də düşünürük ki, Azərbaycan vətəndaşlarının öz fikirlərini ifadə etmək hüququ var. Azərbaycanın hüquq sistemini və hökuməti saxlanan şəxsləri mümkün qədər tez müddətdə azadlığa buraxmağa çağırırıq”-deyə M.Brayza bildirib. Modern.az