Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi Bakıda aprelin 2-də müxalifət qruplarının aksiyası ilə bağlı açıqlama yayıb. Səfirlikdən daxil olan məlumata görə, səfirlik aksiyaçıların saxlanılması, aksiyadan öncə hökumət tərəfindən görülən tədbirlərlə bağlı narahatlığını ifadə edib. (APA)
Səfirlik Konstitusiyanı, beynəlxalq insan hüquqları üzrə hüquqi aktları, o cümlədən ATƏT öhdəliklərini xatırladaraq, bu hüquqlara hörmətin önəmli olduğunu vurğulayıb: “Bu, istənilən cəmiyyətdə vətəndaşlarla onların hökuməti arasında bu və ya digər şəkildə müəyyən dialoqa təşviq edir ki, bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır.
Biz, nümayişlərlə əlaqədar saxlanılanları qanuna əsasən müvafiq proseslə, açıq və şəffaf dinləmələr və müvafiq hüquq məsləhətçisi xidmətinə çıxışla təmin etməyə çağırırıq”.
Modern.az