Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın sosial şəbəkələrdə qalmaqallı görüntülərindəki qarşı tərəf, hazırda Türkiyədə müalicə alan Orxan Nəsirov ANS TV vasitəsilə Azərbaycan xalqından üzr istəyib.
“Bu əlbəttə ki, yaxşı olmadı. Gərək olmayaydı. Biz neçə il bir yerdə oxumuşuq, gəzmişik. Bu videonun yayıldığına görə, belə bir formaya gəlib çatdığına görə və buna baxan Azərbaycan xalqından üzr istəyirik”,-deyə O.Nəsirov ANS-də bildirib.
Görüntülərin yayılması ilə bağlı keçirdiyi əsəb gərginliyinə dözməyən xalq artistinin qızı İlqarə isə Vətənini tərk edərək Moskvaya gedib. O, bu addımını Azərbaycanda yaşaya bilməməsi ilə əlaqələndirib.
Aygün Kazımova qızı İlqarə ilə bağlı internetdə yayılan qeyri-etik səhnələrllə zəngin videogörüntü ilə bağlı dünən mətbuat konfransı keçirib. Modern.az saytı xəbər verir ki, A.Kazımova mövzu ilə bağlı sonuncu dəfə mətbuat konfransı keçirdiyini bildirib.
Xalq artisti yayılmış videogörüntülərlə bağlı qalmaqala son qoymaq üçün qarşı tərəfin ictimaiyyət önündə üzr istəməsini tələb edib.
“Onlar üzr istəməyənə qədər bu işin arxasındayam. Mən peşiman deyiləm ki, İlqarə kimi övlad böyütmüşəm”-deyə A.Kazımova vurğulayıb. Müğənni bu işdə Orxan Nəsirov, Nicat Novruzzadə və Eyyubun əli olduğunu bildirib.
Modern.az