“Siyasi iradə nümayiş etdirmək baxımından 2 aprel aksiyasını müvəfəqqiyyətli saymaq olar, amma bu heç də ölkədə proseslərin siyasi inkişaf üçün yetrəli deyil və İctimai Palata məqsədinə çatmayıb”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu şənbə aksiyasına münasibət bildirərkən deyib.
ADP sədrinin sözlərinə görə, ölkədə ciddi islahatlara rəvac verəcək proseslərin başlanması üçün bütün müxalifət qüvvələrinin bir araya gəlməsi zəruridir. Hakimiyyətin aksiyalara ciddi şəkildə imkan verməməsinə toxunan S.Cəlaloğlu bildiirb ki, bir sıra amilləri əsas götürərək iqtidar buna əl atır. “Son illərdəki sosial problemlər, siyasi gərginlik elə həddədir ki, iqtidar ən kiçik kütləvi narazılıq dərhal genişlənə biləcəyini və bundan da hakimiyyəti ititrə biləcək təhlükəni anlayır”.
ADP sədri Bakı Şəhər İcra Hakimiyyətini səlahiyyət həddini aşaraq müxalifətin mitinq keçirmək üçün yer ayırmamaqda ittiham edib. Onun sözlərinə görə, təhlikəsizlik baxımından müəyyən edilmiş dövlət binalarından başqa digər yerlərin siyahısına müəyyən ərazilər salınmalıdır. “Əgər Hacıbala Abutalıbov “yox” deyirsə də, o bunu əsaslandırmalıdır. Yoxsa adamlar onun qeyri-qanuni göstərişlərinə əməl etməyə borclu deyillər. Konstitutsiyada da göstərlir ki, vətəndaşların qeyri-qanuni göstərişlərə əməl etməməyə haqqı var. Aksiyalar üçün yer ayrılmalıdır”-deyə ADP sədri vurğulayıb.
Modern.az