Modern.az

Rövşən Cavadovun anası vəfat edib

Rövşən Cavadovun anası vəfat edib

Ölkə

8 Aprel 2011, 10:52

“OMON”-nun sabiq komandiri, Daxili işlər nazirinin keçmiş müavini Rövşən Cavadovun anası Tamara Cavadova vəfat edib. Bu barədə Modern.az-a onun keçmiş döyüş yoldaşlarından biri məlumat verib. Başına gələnlərdən səhhəti ciddi şəkildə pozulan Tamara xanım son illərdə qan təzyiqindən və kəskin ürək ağrılarından əziyyət çəkirmiş.

Qəfildən halı pisləşən qadına həkimlər kömək edə bilməyiblər.

Mərhum Rövşən Cavadov “mart qiyamı” adı ilə Azərbaycanın siyasi tarixinə düşən hadisələr zamanı -1995-ci il martın 17-də Bakıda polislər tərəfindən öldürülüb. 2000-ci ilin əvvələrində isə R.Cavadovun oğlu Laçın Cavadov müəmmalı şəkildə Moskvada vəfat edib. Onun qardaşı, Xətai rayonunun sabiq prokuroru Mahir Cavadov isə hazırda Avstriyada mühacir həyatı yaşayır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı